YENİ POÇT MARKALARI DÖVRİYYƏYƏ BURAXILMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, «Azərmarka» şirkəti dövriyyəyə iki yeni poçt markası buraxmışdır.
“Azərbaycan şəhərləri” seriyasından olan markalardan birinin üzərində Qazax şəhərinin görüntüsü, Naxçıvan Dram Teatrının 125 illiyinə həsr olunmuş ikinci markada isə teatrın binası əks olunmuşdur.