Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni təyinat alan hakimlərlə görüş keçirilib

Yeni təyinat alan hakimlərlə görüş keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, məhkəmə-hüquq sistemində islahatlar ardıcıl davam etdirilir, dövlət başçısının 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm “yol xəritəsi” olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hakimlərin iş yükünün azaldılması, işlərə operativ və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla hakim ştatlarının sayı 200 vahid artırılıb. Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi ilə bağlı hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. Bu çoxmərhələli proses fasiləsiz xarakter alaraq imtahanlarda şəffaflıq və ictimai nəzarət daim təmin olunur, müasir texnologiyalar tətbiq edilir.

Ötən dövrdə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilib, 44 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Daha 39 nəfər hakim vəzifəsinə layiq bilinərək dövlət başçısının 2022-ci il 1 iyul tarixli sərəncamları ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.

İyulun 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni hakimlərlə görüşüb.

Azərbaycan Prezidenti tərəfindən şərəfli hakim adına layiq bilinmələri münasibətilə onları təbrik edən nazir bu gün özünün ən qüdrətli dövrünü yaşayan respublikamızın hərtərəfli davamlı tərəqqisini, Vətən müharibəsində parlaq zəfərimizlə azad edilmiş doğma torpaqlarımızın dövlət başçısı İlham Əliyevin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə intensiv bərpasını qeyd edib.

Ölkəmizin sosial-iqtisadi inkişafında qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmi vurğulanaraq, ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi ilə bağlı görülən mütərəqqi tədbirlər, məhkəmələrdə müasir İKT-lərin, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiqi qeyd olunub.

Nazir məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsinə, insan haqlarının etibarlı təmin olunmasına xidmət etdiyini bildirərək məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu vurğulayıb, dövlət başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri xüsusilə diqqətə çatdırıb.

Qeyd olunub ki, bütün hakim korpusunun 80 faizini məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir. Məhkəmə hakimiyyətində gənclərin, qadınların geniş təmsil olunmasına böyük önəm verilir, onların yuxarı məhkəmə instansiyalarına təyin olunmasına, rəhbər vəzifələrə irəli çəkilməsinə diqqət yetirilir.

Dövlət başçısının sərəncamları ilə yeni təyin edilmiş hakimlərin də tam əksəriyyətini (70 faiz) 35 yaşa qədər olan gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışanlardır.

Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 60 faizə qədəri məhz qadın hakimlərdir.

Tədbirdə, həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə daim diqqətlə yanaşılaraq, bununla bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən yeni qaydaların qəbul olunduğu, yeni üsullarla ilk dəfə təyin edilmiş 107 nəfər hakimin fəaliyyətinin qiymətləndirilərək, onlardan 8 nəfərinin apellyasiya məhkəmələrinə irəli çəkildiyi, ikisinin məhkəmə sədri təyin edildiyi, fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilmiş üç nəfərin isə səlahiyyətlərinə xitam verildiyi bildirilib.

Bununla əlaqədar məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkili, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərildiyi, bu sahədə ölkə Prezidentinin qəti siyasi iradəsi diqqətə çatdırılıb, 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti qeyd olunaraq, bu mühüm sənəddən irəli gələn vəzifələrə toxunulub.

Ali Məhkəmənin Plenumunda and içməklə səlahiyyətlərinin icrasına başlayacaq yeni hakimlərin ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəklərinə, bu zaman qanunun aliliyini təmin edəcəklərinə, hakim adını həmişə uca tutacaqlarına əminlik ifadə olunub.

Yeni təyinat alan hakimlər, o cümlədən şəhid övladları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva çıxış edərək müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğuna görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirdə iştirak edən Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının məsul işçiləri tərəfindən məhkəmələrdə aparılmış monitorinqlərin nəticələri və xarakterik nöqsanlar barədə məlumat verilib. Bununla bağlı hakimlərə məhkəmə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması barədə və digər tövsiyələr verilib.

Sonda hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması (mantiya) və xidməti vəsiqələr təqdim olunub.

Hakimlər Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevə, Vətən müharibəsində Böyük Qələbəmizə və Azərbaycan ədliyyəsinin tarixinə həsr olunan muzeylərlə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK CANLI

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir