YERİŞƏ GÖRƏ BİOMETRİK TANIMA SİSTEMİ İŞLƏNİB HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, hindistanlı alimlər insanların yerişinə görə avtomatik tanınması sistemi hazırlamışlar. Bildirilir ki, insanın yerişi onun sifəti və ya barmaqlarının izləri qədər fərdidir. Psixoloqların çoxsaylı tədqiqatları sübüt etmişdir ki, insanın yerişi stereotip komponentlərlə: addımın uzunluğu, ritmi, plastikliyi, sürəti və digər xüsusiyyətləri ilə fərqlənən mürəkkəb hərəkət vərdişidir.
Yeriş insanın müəyyən sosial qrupa mənsub olduğunu göstərə bilər. Hərəkət zamanı insanın qaməti - gövdəsi və başının vəziyyətinin, addımların və səs effektlərinin nisbəti yerişin tərkib elementidir.
Yeni biometrik sistem Maysur şəhəri Mühəndislik Kollecinin və Vidya Vikas Mühəndis- Texnologiya İnstitutunun bir qrup alimi tərəfindən işlənib hazırlanmışdır. Tanıma proseduru videomüşahidə kamerası vasitəsilə aparılır. Kamera insanın yerişi zamanı əsas kadrları yaza bilir. Sonra isə yerişin fərdi tərzini müəyyən edən xüsusi proqram hərəkətə gətirilir.
Alimlər deyirlər ki, yerişə görə biometrik tanımadan həm hüquq mühafizə orqanlarının işində, həm də hava limanlarında və banklarda təhlükəsizliyin təmin edilməsi zamanı uğurla istifadə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]