YERLİ ƏHƏMİYYƏTLİ YOLLARIN TİKİNTİ VƏ BƏRPA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, cari ildə tikinti və bərpa işlərinin yekunlaşdırılması planlaşdırılan yerli əhəmiyyətli yollarda iş uğurla davam etdirilir.
Bura uzunluğu 45 kilometr olan Şəmkir-Gədəbəy, 18 kilometrlik Tovuz-Əlibəyli, 25 kilometrlik Şamaxı-Pirqulu, 163 kilometrlik Muğanlı-İsmayıllı-Qəbələ-Şəki avtomobil yolları daxildir. Sonuncu yolun uzunluğu 76 kilometrə bərabər olan Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin tikintisinə 2007-ci ildə başlanılmışdır və 2009-cu ildə başa çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, tikinti işlərinə ötən il başlanılmış və uzunluğu 124 kilometr olan Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun da gələn il istifadəyə veriləcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]