RƏSMİ SƏNƏDLƏR
Y.S.QUSMANA “AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Yuli Solomonoviç Qusmana “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı verilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2002-ci il