RƏSMİ SƏNƏDLƏR
YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KONSTANTİNOS STEFANOPULOSA
Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Yunanıstan xalqını təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2002-ci il