Yunanıstanda İran diplomatı hücuma məruz qalıb
Tehran, 31 mart, AZƏRTAC
İranın Yunanıstandakı səfirliyinin əməkdaşı hücuma məruz qalıb.
Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasemi bildirib ki, səfirlik əməkdaşına soyuq silahla hücum olub. Baş verən insidentlə əlaqədar Yunanıstanın Tehrandakı səfirliyinin müşaviri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. İran tərəfi Yunanıstandan tələb edib ki, Afinada baş verən cinayət hadisəsi tez bir zamanda araşdırılsın və təqsirkarlar cəzalandırılsın. Rəsmi Tehran İranın Yunanıstandakı diplomatık nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsini də tələb edib.
B.Qasemi bildirib ki, Yunanıstanın İrandakı səfiri ölkədə olmadığı üçün etiraz notası onun müşavirinə təqdim edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]