REGİONLAR
Zaqatalada payızlıq dənli bitkilərin səpininə başlanılıb
Zaqatala, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda gələn ilin məhsulu üçün 7780 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 4410 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Artıq rayonun bəzi ərazilərində arpa səpininə də start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Aytən Qanzayeva məlumat verib.
Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün rayonun toxumçuluq təsərrüfatlarında lazımi qədər toxum fondu yaradılıb. Hazırda ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanır və səpinə hazır vəziyyətə gətirilir. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli toxumları digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər. Səpində iştirak edəcək 400-dək müxtəlif təyinatlı traktor və toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, builki mövsümdə Zaqatala rayonunda 7 min 772 hektar sahənin məhsulu biçilib, 27 min 286 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 35,1 sentner təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]