İQTİSADİYYAT
Zilvinas Putramentas: Litva şirkətləri Azərbaycanda səmərəli əməkdaşlıq üçün tərəfdaş axtarır
Bakı, 25 may, Samirə Quliyeva, AZƏRTAC
“World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etməkdə məqsədimiz səmərəli əməkdaşlıq üçün Azərbaycanda tərəfdaşlar axtarmaqdır. Litva şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Litva Dövlət Kənd Təsərrüfatı və Qida Bazarının Tənzimlənməsi Agentliyinin baş məsləhətçisi Zilvinas Putramentas deyib. “Litva və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət əməkdaşlığı böyük potensiala malikdir. Ümid edirik Litvanın kənd təsərrüfatı məhsulları Azərbaycanda öz satış bazarını, eləcə də alıcılarını tapacaq. Biz, xüsusilə balıq, mal və quş əti məhsullarının satışı üzrə əməkdaşlığın genişlənəcəyini düşünürük”, deyə Z.Putramentas bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2023 [14:12]
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
- 19.05.2023 [18:28]
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
- 18.05.2023 [18:20]
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
- 17.05.2023 [16:22]
İlya Kaxaşvili: Qida Sənayesi sərgisində iştirak etməkdən çox məmnunuq
- 17.05.2023 [14:50]
31 ölkədən 479 şirkət bir arada - YENİLƏNİB VİDEO
- 16.05.2023 [14:36]