CƏMİYYƏT


Günərzi qayğı mərkəzində 30-dan çox uşağa yarımstasionar formada xidmətlər göstərilir

Bakı, 19 avqust, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində olublar. S.Babayev və M.Sadıqov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə fəaliyyət göstərən mərkəzdə uşaqlar üçün yaradılan şəraitlə və onlara göstərilən xidmətlərlə tanış olublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan mərkəz çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik və gün ərzində yarımstasionar formada xidmətlər göstərir. Onların arasında sağlamlıq imkanları məhdud uşaqlar da var. Müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünəxidmət bacarıqları formalaşdırılır. Eləcə də onlar maraq və qabiliyyətləri nəzərə alınmaqla ayrı-ayrı dərnəklərə cəlb edilir. Məqsəd uşaqların ilkin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Mərkəzdəki uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər qonaqlar tərəfindən maraqla qarşılanıb, onlara hədiyyələr təqdim olunub.

Nazir reabilitasiya işinin səmərəli təşkili, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin daim artırılması, müasir iş metodlarının tətbiqi, fəaliyyətin konkret nəticələrə əsasən qurulması və s. ilə bağlı tapşırıqlarını verib. Həmçinin günərzi qayğı mərkəzlərinin əhəmiyyəti və mövcud tələbat nəzərə alınmaqla belə xidmətlərlə təmin olunan uşaqların sayının daha da artırılması, bunun üçün əlavə bir yerin ayrılması da qərara alınıb. Bununla bağlı rayon icra hakimiyyəti ilə birgə müvafiq işlərin görüləcəyi qeyd olunub.

S.Babayev nazirliyin sifarişi ilə Şamaxı rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış icma əsaslı sosial reabilitasiya mərkəzində də olub. Hazırda mərkəzdə 18 yaşadək sağlamlıq imkanları məhdud 50 uşağa reabilitasiya xidmətləri göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.