ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində “Alumni Fair” adlı təhsil sərgisi keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 20-də Azərbaycan Dillər Universitetində "EducationUSA"nın “Alumni Fair” adlı təhsil sərgisi keçirilib. Azərbaycan tələbələrinin ABŞ-da təhsil arzularına çatmasına kömək etmək məqsədilə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları sərgidə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, hər il keçirilən bu tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən maliyyələşdirilir. Sərgidə ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları iştirak edirlər.

Məzunlar öz universitetləri haqqında danışaraq iştirakçıları məlumatlandırır və beləliklə, tələbələr Birləşmiş Ştatlarda universitet həyatı haqqında məzunların hekayələrini birbaşa dinləmək şansı əldə ediblər.

Sərgi çərçivəsində tələbələr, şagirdlər və valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.