Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı bir çox fəlakətlərdən xilas oldu

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı bir çox fəlakətlərdən xilas oldu

Bakı, 10 iyun, AZƏRTAC 

XX əsr Azərbaycan xalqının tarixində bir çox önəmli hadisələrlə yadda qalıb. Belə ki, əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik dövlət qurulub, yüzilliyin sonlarında isə 70 illik istilaya son qoyaraq xalqımız öz müstəqilliyinə qovuşub. Əlamətdar hadisələrlə yanaşı, ötən əsrdə bir çox şəxsiyyətlərin də adı xalqımızın tarixinə yazılıb. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin varlığı isə XX əsrdə dövlətimizin, xalqımızın gələcəyi üçün bir təminat oldu. Məhz Ulu Öndərin ötən əsrin 90-cı illərində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan xalqı bir çox fəlakətlərdən, dövlətimiz isə məhv olmaqdan xilas olundu. Ötən əsrin 1970-1980-ci illərində “Qırmızı imperiya”nın hələ mövcud olmağına rəğmən, Heydər Əliyev uzaqgörən siyasətçi kimi Azərbaycanın gələcəyi üçün bir çox işlər görə bilmişdi. Odur ki, Azərbaycan xalqında ona qarşı hər zaman böyük inam var idi. 1990-cı illərdə səriştəsi olmayan bir neçə nəfərin yenicə müstəqilliyini qazanmış Azərbaycan dövlətini məhvə sürükləməsi xalqın yenidən öz dahi liderinə üz tutması çağırışları ilə müşayiət olundu. Məhz xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Heydər Əliyevin qayıdışı Azərbaycan xalqının uğursuzluqlardan və fəlakətlərdən Qurtuluşu oldu. O baxımdan da 15 iyun Azərbaycanda ən dəyərli, gözəl günlərdən biridir. Hesab edirəm ki, müasir Azərbaycanın tarixi bu gündən başlayır. Çünki Ümummilli Lider yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra qısa müddətdə xalqın sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması, müharibənin dayandırılması istiqamətində vacib addımlar atdı. Azərbaycan dövlətinin dayanıqlı inkişafı və gələcəyi naminə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bu gün Azərbaycan dünyada əsas neft- qaz ixrac edən ölkələrdən biridir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın maliyyə gəlirlərinin artmasında neft müqavilələri qarantdır. Bütün bunlar isə o dahi şəxsiyyətin uzaqgörənliyinin nəticəsi idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

V.Rafiqqızı qeyd edib: “Azərbaycanda bir çox sahələr kimi seysmologiya elminin inkişafı da məhz dahi liderin adı ilə bağlıdır. 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələdən sonra Heydər Əliyevə bu sahədəki vəziyyət məruzə olundu. O zaman seysmoloqlar keçmiş sovet dönəmindən qalan avadanlıqlarla işləyirdilər və avadanlıqlar operativ məlumat xidməti yaratmağa imkan vermirdi. Ulu Öndər ən qısa müddətdə Azərbaycanda ən müasir seysmik şəbəkənin qurulması ilə bağlı göstəriş verdi. Nazirlər Kabinetinin keçirdiyi tenderin nəticəsi olaraq əvvəlcə 9 dəst, daha sonra 14 dəst peyk rabitəsi ilə işləyən seysmik stansiyalar alındı. ABŞ-ın “Kinemetrics” şirkətinin istehsalı olan bu stansiyalar peykdən idarə olunur və real vaxt rejimində işləyir. Olduqca bahalı sistemdir və demək olar ki, MDB məkanında bunun analoqu yoxdur. Yalnız bir sıra aparıcı ölkələrdə həmin sistem mövcuddur. Beləliklə 2003-cü ildən Azərbaycanda peyk rabitəsi ilə işləyən Seysmik Monitorinq Şəbəkəsi quruldu və bu gün respublika ərazisində 35 daimi, 7 mobil seysmik stansiya işləyir. Bundan başqa, 24 GPS, 6 geofiziki, 5 geokimyəvi stansiya var. Həmçinin daha 17 stansiya “Qafqaz kəsilişi” layihəsi çərçivəsində 4 rayonda yerləşdirilib. Böyük bir monitorinq sisteminin bünövrəsi Ümummilli Liderin diqqət və dəstəyi sayəsində, davamlı olaraq genişləndirilməsi isə Prezident İlham Əliyevin bu sahəni hər zaman diqqətdə saxlaması, qayğı göstərməsi nəticəsində mümkün olub.

İndi Azərbaycana çox ölkələrdən qonaqlar gəlir. Bu yaxınlarda Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev RSXM-in Monitorinq Mərkəzində olarkən gördüklərini bircə kəlmə ilə “valeh oldum” kimi ifadə etmişdi. Bütün bu gözəl işlər, əldə olunan nəticələr müasir Azərbaycan dövlətinin qurucusu ulu öndərimiz Heydər Əliyevin və onun ideyalarının layiqli davamçısı İlham Əliyevin əməyinin, diqqətinin nəticəsidir.

Mən o şanslı insanlardanam ki, dahi lideri görmüşəm, tanımışam və onunla ünsiyyətdə olmuşam. Uzun illər Prezidenti müşayiət edən jurnalist qrupunun üzvü kimi Ümummilli Lideri yaxından tanımışam. Odur ki, özümü şanslı hesab edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib