CƏMİYYƏT


Goranboyda baş vermiş hadisədə xəsarət alan qadının həyatı üçün təhlükə yoxdur

Bakı, 10 oktyabr, AZƏRTAC

Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.

1984-cü il təvəllüdlü rayon sakini Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadın arasında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəsarət almış qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Goranboy MRX-nın həkimlərinin bildirdiyinə görə, Sahilə Ələkbərovaya lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.