MƏDƏNİYYƏT


Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib

Bakı, 28 may, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası 1918-ci ilin mayın 28-də Müsəlman Şərqində qurulmuş ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub.

Məlumat bazası Rəsmi sənədlər, Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxsiyyətlərin fikirləri, İstiqlal bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Azərbaycan hökuməti, Yuxarı Qarabağda vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf platforması, Təhsil, Elm və mədəniyyət, Nəşrlər, Şərqin ilk demokratik respublikasının uğurlu varisi, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında rəsmi sənədlər, arxiv materialları, kitab və məqalələr, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar, şəkillər, Xalq Cümhuriyyətinə dair videolar yerləşdirilib. Təqdim olunan kitab və məqalələrin elektron resursları tam mətni ilə təqdim olunur.

Baza ilə tanış olmaq istəyənlər bu linkdən http://anl.az/el/emb/Cumhuriyyet/ istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.