REGİONLAR


20 Yanvar - milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür

Lerik, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

20 Yanvar ölkəmizin tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Həmişə dövlətə və dövlətçiliyə sadiq olan leriklilər qan yaddaşımıza əbədi həkk olunmuş, özündə faciə və qəhrəmanlığı ehtiva edən 1990-cı ilin 20 Yanvar hadisələrini daim anırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 20-də Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqalların, ziyalıların və ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl etməklə abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.