QAN YADDAŞI


Əmmanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 22 yanvar, AZƏRTAC 

Türkiyə və Qazaxıstanın Əmmandakı səfirləri, “Petra” Dövlət İnformasiya Agentliyinin jurnalisti Saleh Xavaldeh, eləcə də www.orobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab, yazıçı-publisist Ömər əl-Armuti və İordaniya Azərbaycan Məzunları Klubunun İdarə Heyətinin sədri Əyhəm Əbu Ənnabın, o cümlədən Klubun və Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə səfirliyin inzibati binasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyindən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev qonaqları salamlayaraq, tədbirə qatıldıqlarına görə öz minnətdarlığını ifadə edib. Sonra 20 Yanvar, eləcə də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir sovet rejiminin Azərbaycan xalqının milli azadlıq ruhunu qıra bilmədiyini, xalqımıza qarşı silahlı təcavüzünün azadlıq və insan hüquqlarına, o cümlədən fundamental hüquqları ehtiva edən bütün beynəlxalq qanunlara zidd addım olduğunu xüsusilə qeyd edib, ümummilli lider Heydər Əliyevin faciə baş verdikdən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltdığını, iyrənc cinayəti törədənlərin cəzalandırılmasını tələb etdiyini və bununla da ilk dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Diplomat Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi ərzində erməni işğalı altında olan Qarabağı və ətraf rayonları azad etdiyini qürur hissi ilə qeyd edib, münaqişənin artıq tarixə qovuşduğunu vurğulayıb.

Daha sonra çıxış edən Səfirliyin müşaviri E.Şahhüseynov 20 Yanvar faciəsinə aparan yolun tarixçəsinə nəzər saldığı zaman bu yolun “Gülüstan” müqaviləsindən başladığını xüsusi qeyd edib, həmin faciənin Azərbaycan xalqının müstəqil, azad və sərbəst yaşamaq əzmini daha da qətiləşdirdiyini və nəticədə xalqımızın məhz demokratiya yoluna üstünlük verdiyini yada salıb.

Tədbirdə, həmçinin S.Əl-Həttab, Ö.Əl-Armuti və Ə.Əbu Ənnab çıxış edib, 20 Yanvar faciəsi barəsində öz xatirələrini və fikirlərini bölüşüb və fürsətdən istifadə edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Böyük Qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Anım mərasimi fotosərgi və ehsan süfrəsi ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.