Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qarabağın bərpasının rəqəmsal aspekti - Şərh

Qarabağın bərpasının rəqəmsal aspekti - Şərh

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi bir sıra kiçik və böyükmiqyaslı iqtisadi, siyasi, o cümlədən sosial çağırışların meydana çıxmasına rəvac verir. İlk növbədə, məcburi köçkünlərin qayıdışının fonunda işğaldan azad olunan regionların qısa zaman kəsiyində canlandırılması üçün müvafiq infrastrukturun formalaşdırılması, habelə sözügedən bölgələrin respublikanın iqtisadi sisteminə inteqrasiyası metodoloji cəhətdən mikro hədəflər kimi qarşıda durmaqdadır. Ardınca isə sülhün qorunması, dayanıqlı inkişaf, demoqrafik vəziyyətin tənzimlənməsi və meydana çıxmış yeni iqtisadi perspektivlərin qiymətləndirilməsi kimi makro məsələlər prioritet təşkil edir.

Bu sözləri AZƏRTAC-a Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistrantı Nicat Muradzadə deyib.

O bildirib ki, kiçikmiqyaslı hədəflər daha çox texniki mahiyyət daşıdığından Azərbaycan son illərdə qazandığı geniş quruculuq təcrübəsinə söykənərək bu səpkidəki məsələləri qısa zaman kəsiyində həll etmək iqtidarındadır. Lakin məhdud müddət ərzində daha çox “nou-hau”, o cümlədən maddi və intellektual kapital transferi zərurəti, burada sürətli səmərə verə biləcək rezilyent metodologiyanın tətbiqini də labüdləşdirir. Bu baxımdan, rəqəmsal sferaya aid fəaliyyət sahələrinin formalaşdırılması proseslərin müsbət istiqamətdə inkişafı üçün iqtisadi katalizator rolunu oynaya bilər. Məhz bu faktora görə, makro ölçüdəki hədəflərə nail olmaq üçün Prezident İlham Əliyev tərəfindən yeni fəaliyyət çərçivəsi - “Smart” konsepsiyası irəli sürülüb və sözügedən konsepsiyanın “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi komponentləri üzrə konkret fəaliyyət planı icra olunmaqdadır. Mahiyyət etibarilə bu qəbildən olan mütərəqqi addımlar işğaldan azad olunmuş regionlarda total rəqəmsallaşma anlayışının bərqərar olması üçün sağlam bazis formalaşdırma kimi tövsif edilə bilər.

“Dünya təcrübəsində də dayanıqlı iqtisadi tərəqqi mühitinin formalaşmasındakı əsas amillərdən biri kimi rəqəmsallaşma anlayışı artıq müstəqil amil olaraq təsnif olunur. Təsadüfi deyil ki, hətta ümumbəşəri pandemiyanın bərqərar etdiyi məhdudlaşdırıcı mühitin fonunda əksər iqtisadi sferalar üzrə kiçilmə qeydə alınsa da, rəqəmsal fəaliyyət sahələri öz biznes əməliyyatlarını genişləndirməkdə davam etdirib. Bu hal postpandemiya dövrünün yeni iqtisadi çağırışlarının ilkin konturları kimi qiymətləndirilə bilər.

İşğaldan azad olunmuş ərazilərin bərpası kontekstində isə rəqəmsal sektora olunacaq istənilən investisiyanın Qarabağın bərpası yönündə çoxsaylı dividendlər gətirəcəyini söyləmək mümkündür. Lakin bunun üçün respublikadakı mövcud mühitə uyğun metodologiyanın seçilməsi müstəsna əhəmiyyət kəsb edir. Nəzəri yanaşmaları və praktiki nümunələri müşahidə etdikdə, elmi çevrələrdə rəqəmsal biznes subyektlərinin xüsusi status ilə aqlomerasiyalarda, başqa sözlə klasterlərdə konsentrasiyanın səmərəlilik və gəlirlilik nöqteyi-nəzərindən müsbət nəticə verdiyinə dair yekdil fikir mövcuddur. Qısa zamanda effektiv fəaliyyət göstərən klasterlər isə məhz real bazar-akademiya münasibətlərinin sənayeyə yönləndirdiyi “nou-hau” və biznes həlləri axınındakı nəzərəçarpacaq dərəcədə artımın məntiqi nəticəsi kimi dəyərləndirilir”, - deyə o qeyd edib.

N.Muradzadə deyib ki, sadalanan amillər nəzərə alındıqda, Qarabağda universitet kimi texnoloji bir elmi-tədqiqat institutunun bölgədəki əsas tənzimləyici olduğu, dövlətlə sıx əlaqəli fəaliyyət göstərən bir rəqəmsal biznes klasterinin formalaşdırılması regionun bərpasında, habelə respublikanın iqtisadi potensialının artırılmasında təkanverici ünsürlərdən biri ola bilər. Hazırda ABŞ-da fəaliyyət göstərən, 11,2 milyard dollar nizamnamə kapitalına malik, o cümlədən 225 min nəfərlik məşğulluq yeri yaradan Silikon vadisi məhz bu nümunələrdəndir. 2019-cu ilin statistikasına görə, yaratdığı iqtisadi həcm etibarilə 275 milyard dolları ötən Silikon vadisi ötən əsrin 70-ci illərində ABŞ-ın aparıcı Stanford Universitetinin elmi potensialı ətrafında cəmləşmiş şirkətlər əsasında qurulub. Daha yaxın tarixdə şimal qonşumuz Rusiyada qeyd olunan klasterin bənzər versiyası fəaliyyətə başlayıb. Belə ki, Moskvaətrafı bölgədə qurulmuş Skolkovo Elm və Texnologiya İnstitutu ətrafında formalaşdırılmış Skolkovo İnnovasiya Mərkəzi 2,5 milyard dollar nizamnamə kapitalına malik olmaqla yanaşı, 1809 mütərəqqi əsaslarla çalışan texnoloji müəssisəyə də ev sahibliyi edir. Burada maraqlı məqam ondan ibarətdir ki, Skolkovo İnnovasiya Mərkəzinin aparıcı tədqiqat ocağı olan Skolkovo Elm və Texnologiya İnstitutunun inzibati və elmi strukturu məhz ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya İnstitutu tərəfindən formalaşdırılıb: Təklif olunan tədqiqat universiteti ətrafında formalaşacaq rəqəmsal biznes klasterinin Azərbaycan üçün çoxsaylı müsbət nəticələrinin olacağı aşkardır. Bu nəticələrin dəyərləndirilməsini siyasi, iqtisadi, sosial və texnoloji aspektlərdən aparmaq mümkündür. Siyasi cəhətdən, Azərbaycanın beynəlxalq əhəmiyyətliliyi daha da artacaq, bölgədə dayanıqlı sülh bərqərar olacaq, regional siyasi stabillik uzunmüddətli xarakter alacaq. İqtisadi nöqteyi-nəzərdən, rəqəmsal məhsul və xidmətlərin ixracatına imkanlar yaranacaq, transmilli korporasiyalar xarici birbaşa investisiyalar vasitəsilə konkret klasterlərə yönələcək, regionun ümumi rəqəmsal sənaye mənzərəsi Azərbaycan tərəfindən dominasiya ediləcək, Qarabağda qayanıqlı inkişaf hədəflərinə nail olunacaq, Qarabağ rəqəmsal haba çevriləcək, bütövlükdə iqtisadi diversifikasiya üçün zəmin hazırlanacaq. Sosial sferada, Qarabağda məşğulluq məsələlərinin həllinə töhfə veriləcək, məcburi köçkünlərin qayıdışı stimullaşacaq, regionda demoqrafik vəziyyət Azərbaycan lehinə tənzimlənəcək. Texnoloji aspektdən isə “Smart” konsepsiyası bütün sahələrə sirayət edəcək, yüksək texnoloji infrastrukturun qurulması prosesi sürətlənəcək, milli müdafiə sənayesinə “nou-hau” axını geniş vüsət alacaq, innovativ həllər kütləviləşəcək, akademiya-sənaye əməkdaşlığı maksimallaşacaq”.

“Dünya təcrübəsində yuxarıda qeyd olunmuş metodologiyadan fərqli klasterlər də fəaliyyət göstərir. Buna misal olaraq, İsraildəki “Silicon Wadi” və Türkiyədəki “Bilişim Vadisi” göstərilə bilər. Sözügedən aqlomerasiyaların rezidentləri spesifik tədqiqat institutu ətrafında təmərküzləşmədən fərqli statuslar altında fəaliyyətlərini davam etdirir. Qarabağda isə rəqəmsal sferaya dair ilk addım Prezident İlham Əliyev tərəfindən “Smart” konsepsiyasının irəli sürülməsi ilə atılıb. Belə olan halda, məqalədə təklif olunan modelin işğaldan azad olunmuş ərazilərdəki seçilmiş bir məntəqədə qurulması üçün rasional fundament mövcuddur. Tətbiq olunacaq çoxşaxəli prosesin məntiqi nəticəsi kimi respublikanın biznes ekosistemində yaranacaq sinergetik effekt sayəsində regionun rəqəmsal mənzərəsi Azərbaycan tərəfindən dominasiya ediləcək”, - deyə o əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq