ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq konfransda çıxış edib

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Beynəlxalq Tərcümə Birliyinin təşkilatçılığı ilə keçirilən Dillər və tərcümə üzrə beynəlxalq konfransda onlayn formatda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda İ.Əlimuradov “Azərbaycan və ərəb dilləri arasında tərcümə fəaliyyətləri: təcrübə və problemlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, bazası və fəaliyyəti, ərəb dilinin əhəmiyyəti, ərəb dilinin tədrisi, ölkəmizdə ərəb dilinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi, mövzu ilə əlaqədar yazılmış və tərcümə edilmiş kitablar, tərcümə sahəsinin aktual problemləri, azərbaycanlı tərcüməçinin qarşısında duran vəzifələr və s. barədə danışıb.

Konfransda 50 müxtəlif dil daşıyıcısı olan 80 məruzəçinin çıxışları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.