RƏSMİ XRONİKA
2008-Cİ İL MARTIN 5-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ TÜRKMƏNİSTAN HÖKUMƏTİ ARASINDA BORC ÖHDƏLİKLƏRİNİN VƏ MALİYYƏ TƏLƏBLƏRİNİN TƏNZİMLƏNMƏSİ HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2008-ci il martın 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında borc öhdəliklərinin və maliyyə tələblərinin tənzimlənməsi haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkmənistan Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2008-ci il