DÜNYA
2017-ci ilin martında Birləşmiş Krallıqda yeni sikkə dövriyyəyə buraxılacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Kral sikkəxanası 2017-ci ilin mart ayında nominal dəyəri 1 funt-sterlinq olan yeni sikkə dövriyyəyə buraxacaq. Bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında bildirilir.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, yeni sikkə dünyada ən təhlükəsiz pul olacaq, çünki onun zərb prosesində qoloqram təsvirdən istifadə olunub.
Sikkə iki metaldan hazırlanacaq: xarici halqa qızılı rəngli və daxili halqa gümüşü rəngli olacaq. Sikkənin avers hissəsində pulun nominalı – “One pound”, revers hissəsində sikkənin buraxılış ili həkk olunub.
Sikkənin dizaynı Birləşmiş Krallığın irsini əks etdirir. Ənənəvi olaraq, sikkənin üz tərəfində Kral sikkəxanasının dizayneri Codi Klarkın hazırladığı Ülyahəzrət Kraliça Yelizavetanın profilinin portreti əks olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]