İDMAN


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq birincilik keçiriləcək

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 12-13-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası, Suraxanı rayon Gənclər və İdman İdarəsi və “Vətən” idman klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışın keçirilməsində məqsəd kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növünün inkişaf etdirilməsi və populyarlaşması, kikboksinq idman növünün kütləviliyinə nail olmaq, gənclərin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda, idman klubunun yığma komandasının komplektləşdirilməsindən ibarətdir.

Yarış Beynəlxalq WAKO qaydalarına uyğun Lou-Kik və Kik-layt versiyaları üzrə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.