DÜNYA
Özbəkistanda prezidentlik müddətinin yeddi ilədək artırılması təklif olunur
Bakı, 25 iyun, AZƏRTAC
Özbəkistanda prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması barədə qanun layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, “Xalq so'zi” qəzeti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı konstitusiya qanunu layihəsini parlamentin qərarına uyğun olaraq dərc edib.
Sənəddə ölkənin əsas qanununa edilməsi nəzərdə tutulan bir çox dəyişiklər arasında prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması və ölüm hökmünün qadağan edilməsi barədə təklif də yer alıb.
Prezidentin təklif etdiyi konstitusiya qanunu layihəsi ümumxalq müzakirəsindən sonra referenduma çıxarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]