“Azərreyl” klubu Almaniyada mərhələ adlamağa çalışacaq
AzerTAg.az
06.12.2022 [18:47]

Bakı, 6 dekabr, AZƏRTAC
Çağırış kuboku yarışında mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, klublar arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Almaniyada baş tutacaq.
Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
08.02.2023 [12:25]
08.02.2023 [11:45]
08.02.2023 [11:32]
08.02.2023 [10:40]
MULTİMEDİA
08.02.2023 [12:06]
08.02.2023 [10:41]
08.02.2023 [12:47]
08.02.2023 [13:13]
08.02.2023 [12:45]
08.02.2023 [12:26]
08.02.2023 [11:42]
08.02.2023 [10:56]
08.02.2023 [10:24]
08.02.2023 [11:43]
08.02.2023 [11:28]
08.02.2023 [11:09]
06.02.2023 [12:30]
03.02.2023 [17:55]
03.02.2023 [12:55]
08.02.2023 [13:20]
08.02.2023 [12:53]
08.02.2023 [11:20]
07.02.2023 [20:46]
08.02.2023 [10:22]
08.02.2023 [10:19]
08.02.2023 [13:34]
08.02.2023 [13:32]
08.02.2023 [13:09]
Xəbərin mətnində orfoqrafik səhv var