DÜNYA


Çin meteoroloji zondunun vurulması ilə bağlı ABŞ-a etirazını bildirib

Çin meteoroloji zondunun vurulması ilə bağlı ABŞ-a etirazını bildirib

Bakı, 5 fevral, AZƏRTAC

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinin meteoroloji zondunun vurulması ilə nəticələnən hərəkətlərinə etiraz edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq bəyanat Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Bəyanatda deyilir ki, Çin tərəfi ABŞ-ın mülki pilotsuz aerostata hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxladıqdan sonra Amerika tərəfini dəfələrlə xəbərdar edib ki, aerostat mülki istifadə üçün nəzərdə tutulub və ABŞ-a (hava məkanına) fors-major səbəbindən daxil olub. Bu, tamamilə gözlənilməz bir vəziyyət idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.