CƏMİYYƏT


Vyanada “Türk Dövlətləri Təşkilatının İpək Yolu boyunca regional əməkdaşlığın təşviqinə baxışları“ mövzusunda panel keçirilib

Vyanada “Türk Dövlətləri Təşkilatının İpək Yolu boyunca regional əməkdaşlığın təşviqinə baxışları“ mövzusunda panel keçirilib

Vyana, 31 mart, AZƏRTAC

Martın 31-də Vyana Diplomatiya Akademiyasında “Türk Dövlətləri Təşkilatının İpək Yolu boyunca regional əməkdaşlığın təşviqinə baxışları“ mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, təşkilata üzv olan ölkələrin səfirliklərinin Vyana Diplomatiya Akademiyası ilə birgə təşkil etdiyi tədbiri Akademiyanın rektoru, səfir Emil Briks açıb. O, getdikcə əhəmiyyəti artmaqda olan bu təşkilatın ilk dəfə Diplomatiya Akademiyasında təqdimatının keçirilməsindən məmnunluq ifadə edib.

Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbəy Ömüralıyev “Türk dünyasının baxışı - 2040“ adlı geniş təqdimatla çıxış edib. Çıxışda təşkilat haqqında, eləcə də qarşıya qoyulmuş məqsəd və vəzifələr barədə geniş məlumat verilib. Bildirilib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə əsası qoyulan təşkilat həm üzv ölkələr arasında qarşılıqlı fəaliyyəti gücləndirməyi, həm də regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyi hədəf seçib. Yarandığı gündən böyük inkişaf yolu keçən qurum bu gün beynəlxalq səviyyədə önəmini daha da artırır. Həmçinin çıxışda siyasi, təhlükəsizlik, iqtisadi, sosial-humanitar, elm-təhsil, gənclər və idman, vətəndaş cəmiyyəti, diaspor və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib.

Sonra paneldə diskussiya aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.