44 günlük Vətən müharibəsində Aprel döyüşlərinin rolu VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
On il əvvəl - 2016-cı ilin aprelində cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən döyüşlər Azərbaycanın hərb tarixində yeni mərhələnin əsasını qoydu. Bu, sadəcə döyüş deyildi, bu, xalqın iradəsinin, Ordunun gücünün və qələbəyə gedən yolun başlanğıcı idi. Aprel döyüşlərinin daha bir önəmi isə strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklərin azad olunması oldu. Cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.