Azərbaycan Dövlət İnformasiya Agentliyi

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Bakı, 18 iyun, AZƏRTAC

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox təliminə qeydiyyat başlayıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.

Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib. Əvvəlki mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox təlimə daha 3 min təlim əlavə olunub. Beləliklə, proqrama qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox təlimdən istədiklərini seçmək və 6 həftə ərzində platformadan ödənişsiz yararlanmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, Azərbaycan dilində altyazı ilə təqdim olunan 2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim isə dublyaj olunub.

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır. Yeni mərhələdə iştirakçılar data analitikası, kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq, proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi, rəqəmsal iqtisadiyyat və digər aktual sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, 1 aprel 2025 - 31 mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar.

Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq göstərilən istiqamətlər arasında liderlik və idarəetmə, dataanalitikası, süni intellekt, biznes strategiyası, proqram təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları, maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer alıb.

Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmış sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 2261 nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2 faizi isə proqramın davam etdirilməsini dəstəkləyib. Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın onların iş performansını artırdığını, 20,7 faizi əldə etdikləri bilik və bacarıqlarının əməkhaqqına təsir etdiyini, 16,9 faizi isə iş yerində vəzifə yüksəlişi əldə etdiyini qeyd edib.

Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunacaq. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində çıxış edirlər.

Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar

® “Unibank” məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir

Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Masallıda baş verən qəzada sərnişin ölüb

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

AzTU Rumıniya İqtisadi Elmlər Akademiyası ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi

“Associated Press”: ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə aralıq seçkilərindən sonra İrana hücum edəcəyi barədə xəbərdarlıq edib

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 3,3 faiz azalıb, nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

® Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Elnur Bağırov: Rəqəmsal platformaların bazar gücünün qiymətləndirilməsi xüsusi təhlil tələb edir

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

ARDNF və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib

BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq

Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub

Dövlət Turizm Agentliyinin sədri: Pekində nümayəndəliyin açılması Asiya bazarları ilə əlaqələrimizi daha da gücləndirir

“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək

Fuad Nağıyev: Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Bakıda Atatürkün abidəsi ziyarət olunub

® “AzInTelecom”un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Elnur Bağırov: Rəqabət Məcəlləsi qanunvericiliyin müasir əsaslar üzərində tətbiqinə imkan yaradıb

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO

Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub

Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir RƏY

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib

Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib

Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib

Avropa İttifaqı və Kanada liderləri Monrealda ikigünlük sammitdə bir araya gələcəklər

Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib

“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir

“Liverpul” “Çelsi”ni məğlub edərək İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib

Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu

İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb VİDEO

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb VİDEO

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib

Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub

"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib

Bu saata olan əsas xəbərlər

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Koji Yamaquçi: Mədəniyyətlərarası Dialoq Forumu sülh naminə konstruktiv dialoq üçün mühüm platformadır

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO