Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

6 avqust - Azərbaycanda söz və mətbuat üzərindən senzuranın götürüldüyü gündür

Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-sı tarixə Azərbaycanda söz və mətbuat üzərindən senzuranın götürülməsi günü kimi daxil olmuşdur.

Söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindəndir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu vardır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilmişdir. Ümummilli Lider Azərbaycana rəhbərlik dövrdə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan vermişdir. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılmışdır.

1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırmışdır. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında verilən fərman və sərəncamlar mətbuata göstərilən qayğının həcmini daha da artırmışdır. Bunun nəticəsi olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev “Jurnalistlərin dostu” elan edilmişdir.

Ulu Öndərin mətbuata dövlət qayğısı istiqamətində həyata keçirdiyi siyasəti bu gün onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. 2005-ci ildə mətbuatın 130 illik yubileyi ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqləmişdir. Həmin il qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları silinmiş, 30-dək kütləvi informasiya vasitəsinə maddi yardım edilmiş, 140-dək jurnalistə təqaüdlər, fəxri adlar, ordenlər və medallar təqdim olunmuşdur. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5000 manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10000 manat bir dəfəlik maliyyə yardımı ayrılmışdır.

Azərbaycanda söz və mətbuat azadlığının hüquqi təminatını təşkil edən mükəmməl qanunvericilik bazası yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin mətbuatın 135 illik yubileyinin keçirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunmaları haqqında imzaladığı sərəncamlar bir daha göstərmişdir ki, dövlət bundan sonra da milli mətbuatın inkişafında maraqlıdır və bunun üçün bütün zəruri addımları atır.

Milli mətbuatın 135 illik yubileyi ərəfəsində jurnalistlərin daha bir hədiyyəsi isə Prezidentin müvafiq Sərəncamına əsasən, müasir tələblər səviyyəsində inşa edilən Mətbuat Şurasının yeni inzibati binasının açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin milli mətbuatın durumu və inkişaf perspektivləri, qarşıda duran vəzifələrə dair geniş və dolğun nitqində jurnalistika tədrisinin səviyyəsinin yüksəldilməsi, jurnalistlərin peşəkarlığının artırılması, kütləvi informasiya vasitələrinin reklam bazarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı addımlar atılacağını bildirmişdir.

Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin bu sahədəki siyasətinin əsas xəttini təşkil edir. Dövlətimizin başçısı digər peşə sahibləri kimi, jurnalistlərin də sosial vəziyyətinin, həyat şəraitlərinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılmışdır. Həmin Sərəncama əsasən, jurnalistlər üçün Səbail rayonunun Bibiheybət qəsəbəsində 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunaraq bu il iyulun 22-də istifadəyə verilmişdir. Prezident İlham Əliyevin kütləvi informasiya işçilərinə mənzillərin verilməsi mərasimində iştirakı media təmsilçilərinə ikiqat bayram sevinci yaşatmışdır. Bununla da jurnalistlərə mənzil verilməsi təcrübəsi ilk dəfə Azərbaycanda tətbiq edilmişdir.

Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olması isə bir daha təsdiqləmişdir ki, ölkəmizdə cəmiyyətin inkişafında, Azərbaycanın uğurlarının və həqiqətlərinin dünyaya yayılmasında xüsusi rolu olan jurnalistlər arasında ayrı-seçkiliyə yol verilmir. Elə həmin gün Azərbaycan Prezidenti tərəfindən jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlinin qoyulması bir daha əminlik yaratmışdır ki, kütləvi informasiya vasitələri nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həlli istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydə alınmışdır. Çoxsaylı gündəlik, həftəlik və aylıq qəzetlər nəşr olunur. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir