Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ Prezidentinin səsləndirdiyi bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur

ABŞ Prezidentinin səsləndirdiyi bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur

Bakı, 26 aprel, AZƏRTAC

1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar aprelin 24-də ABŞ Prezidenti Co Baydenin çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi siyasi qisas naminə tarixi təhrif etməkdən başqa bir şey deyil. Böyük bir ölkənin başçısının tarixi rüsvayçılığa yol verməsi qəbulediməzdir. Heç bir tarixi əsası olmayan, konkret faktlara əsaslanmayan qondarma “erməni soyqırımı”nı gündəmə gətirənlər hələ də ikili standartların və islamofobiyanın əsirinə çevriliblər. Görünür, son illər qardaş Türkiyənin dünya birliyindəki nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi gücü dünya birliyinin diqqətindən yayınmayıb. Ona görə də Türkiyəyə təzyiq göstərmək və onu təhdid etmək üçün qondarma “erməni soyqırımı” yalanını ortaya atıblar.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib: “Yəni, doğrudanmı ABŞ Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından bixəbərdir? 2015–ci ildə qəbul olunmuş həmin qərarda bildirilir ki, “erməni soyqırımı”nı tanımamağa görə cinayət təqibi ola bilməz. Yəni, buna görə məsuliyyət ola bilməz. Xatırlayırsınızsa, Fransada demişdilər ki, kim “erməni soyqırımı”nı tanımırsa, həmin şəxs cinayət məsuliyyəti daşıyacaq. İkincisi, qərarda bildirilirdi ki, Osmanlı dövründə baş verənləri araşdırmaq və təhqiqat aparmaq qeyri-mümkündür.

Tarixi faktlar aydın şəkildə göstərir ki, 1915-ci ildə Türkiyə ərazisində, həqiqətən, soyqırımı olub. Ancaq onu türklər yox, ermənilər törədiblər. Əslində, soyqırımına dinc türk əhalisi məruz qalmışdı. Bu gün ermənilərin soyqırımının qurbanları saydıqları insanların nə az, nə çox, 90 faizi dinc türk əhalisi olub. 1915-ci ildə hələ bugünkü Ermənistan yaradılmamışdı. Ermənilərin böyük əksəriyyəti məhz Azərbaycan torpaqlarında yaşayırdılar. Onların ümumi sayı 700 min nəfərdən çox deyildi. O zaman Türkiyə ərazisində yaşayan ermənilərin sayı 250 min nəfər idi. Həmin dövrdə Türkiyənin ağır vəziyyətindən istifadə edib onu daxildən parçalamaq üçün xaricdən çoxlu sayda silahlı erməni dəstələri gəlir və yerli ermənilərlə birləşərək dinc türk əhalisini qırırdılar.

ABŞ Prezidenti Co Baydenin aprelin 24- də “erməni soyqırımı” ifadəsini işlətməsi mənə Prezident İlham Əliyevin 2021-ci il aprelin 13-də Bakıda müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışından bir məqamı xatırlatdı. Bu gün dünya miqyasında dost və qardaş dövlətin - Türkiyənin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.

Çingiz Qənizadə vurğulayıb ki, dövlətimizin başçısı qeyd etdiyi kimi, qardaş ölkənin dünyada güc mərkəzinə çevrilməsi Qərbin ciddi narahatlığına səbəb olub. Ona görə də qondarma “erməni soyqırımı” məsələsini ortalığa atmaqla qardaş ölkəyə təzyiq və təhdid göstərmək istəyirlər. Ancaq bu sevdaya düşənlər unutmasınlar ki, əsası olmayan yalanlarla – 106 il bundan əvvəl baş vermiş olaylarla Türkiyəyə təsir etmək və onu mövqeyindən döndərmək olmaz.

Xatırladım ki, Qərbin və Avropanın bir sıra dövlətləri, xüsusilə Türkiyə-Azərbaycan dostluq və qardaşlığını həzm edə bilməyənlər son anda erməni kartından təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də həmin çirkin kampaniyadan yararlanmaq niyyətindədirlər. Uydurma “erməni soyqırımı” iddiası ilə bağlı məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, həm erməni lobbisi, həm də regionda marağı olan güclər bu qondarma “soyqırımı”ndan alət kimi istifadə edirlər.

ABŞ Prezidenti Co Baydenin baş verməyən hadisədən istifadə etməsi təsadüfi deyil. O, çox yaxşı bilir ki, tarixdə belə bir hadisə baş verməyib. Əksinə, ermənilərin özləri dəhşətli soyqırımlarının təşkilatçısı olublar. Onların əsas hədəfləri isə daim türklər və azərbaycanlılar olub. Co Bayden 106 il əvvəlki hadisəni xatırlamaqdansa, niyə 29 il əvvəl ermənilərin Azərbaycanın Xocalı rayonunda törətdikləri dəhşətli soyqırımını xatırlamır? Bundan əlavə, ABŞ-ın özü tərəfindən Vyetnamda, Koreyada, Kamboca və Laosda, İraqda, Əfqanıstanda törədilən soyqırımlar nə tez unuduldu? Birinci Dünya müharibəsi zamanı Naqasaki və Xirosimaya atılan, 350 min insanın həyatına son qoyan, bu gün də acı fəsadlar törədən atom bombardmanı nə tez unuduldu? Co Bayden 106 il əvvəl baş vermiş hadisənin dərdini çəkməkdənsə, niyə bu gün ABŞ- da qaradərililərə qarşı soyqırımının qarşısını almır? Çünki bütün bunlarda güclü erməni lobbisinin maraqları yoxdur.

Co Bayden çox yaxşı bilir ki, qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur və bu, Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. Ona görə ki, ötən il noyabrın 10-da Azərbaycan Ordusunun Ermənistanı diz çökdürməsində və kapitulyasiya aktını məcburi imzalatdırmasında Türkiyə-Azərbaycan dostluq və qardaşlığının böyük rolu oldu. Bəli, digər ermənipərəstlər kimi, Co Bayden də bunu həzm edə bilmir.

ABŞ Prezidentinin ikili standartlardan və islamofobiyadan əl çəkə bilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narazılıq yaradıb. Bununla əlaqədar Xarici İşlər Nazirliyinin və 48 siyasi partiyanın qəbul etdikləri bəyanat başadüşüləndir. Siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bəyan edir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər.

“Ölkələr və xalqlar arasında dözümsüzlüyü təlqin edən, nifaq salan, qarşıdurma yaradan belə yanaşmalar ayrı-ayrı regionların, ümumilikdə bəşəriyyətin sülhpərvər inkişafına təhdid törədir .

ABŞ Prezidenti Co Baydenin səsləndirdiyi bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”, - deyə Ç.Qənizadə vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib