ABŞ Senatı kiçik biznesə 48 milyard dollar ayırmamaq barədə qərar verib
AzerTAg.az
Vaşinqton, 24 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Senatı koronavirus pandemiyasından zərər çəkən kiçik biznesə yardım üçün 48 milyard dollar ayrılmasının qarşısını alıb.
AZƏRTAC “The Hill” qəzetinə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə mayın 19-da keçirilib. Qanun layihəsinin lehinə onun qəbul edilməsi üçün zəruri olan 60 səs toplamaq mümkün olmayıb. Qanun layihəsinin əleyhdarları diqqəti ona çəkiblər ki, 48 milyard dolların ayrılması büdcə kəsirinə və inflyasiyanın sürətlə artmasına gətirib çıxara bilərdi. Bu, maliyyə vəsaitlərindən alternativ istifadə - Ukraynaya yardım üçün 40 milyard dolların ayrılması ilə də bağlı ola bilər. Senator Rend Pol bildirib ki, Birləşmiş Ştatlar bu vəsaiti Çindən borc almaq məcburiyyətində olacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var