DÜNYA
ABŞ-da “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya start götürüb
Vaşinqton, 16 noyabr, AZƏRTAC
Bazar günü ABŞ-da “SpaceX” şirkətinin “Crew Dragon” ən yeni Amerika kosmik gəmisi özünün ilk müntəzəm uçuşu çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya start götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) bəyanatında deyilir.
Göyərtəsində astronavtların olduğu “Crew Dragon-1” missiyasının startı bazar günü axşam Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdakı 39A start kompleksindən “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketinin köməyi ilə həyata keçib. Ekipajın heyətinə NASA-nın astronavtları Maykl Hopkins, Viktor Qlover, Şennon Uoker və Yaponiyanın “JAXA” aerokosmik tədqiqatlar agentliyinin astronavtı Soiçi Noquçi daxildir. Onların Beynəlxalq Kosmik Stansiyasında missiyası 6 ay davam etməlidir.
Orbital platformaya uçuş 27 saat yarım vaxt tələb edəcək. Kosmik gəminin göyərtəsinin hündürlüyü ona bərkidilmiş yük yeri də daxil olmaqla 27 futa yaxındır.
AZƏRTAC-ın Vaşinqton bürosu