DÜNYA


ABŞ-da “H-1B” işçi vizasının verilməsi barədə yeni qanun layihəsi mütəxəssislərin xaricdən cəlb edilməsini çətinləşdirəcək

Vaşinqton, 3 dekabr, AZƏRTAC

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi “H-1B” işçi vizasının verilməsi prosesində əhəmiyyətli dəyişikliklər edilməsi barədə təklif irəli sürüb. Dəyişikliklərə əsasən, namizədlər “H-1B” vizası əldə etmək barədə öz müraciətlərini agentlik tərəfindən müəyyən olunmuş dövr ərzində elektron şəkildə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin saytına göndərməlidirlər. Bununla yanaşı, Birləşmiş Ştatlar magistr və ya elmlər doktoru dərəcələrini ABŞ Universitetlərində almış əcnəbilərə daha çox üstünlük verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Daxili Təhlükəsizlik Nazirliyinin proqnozuna görə, bu addım daha çox ixtisaslı və yüksək məvacibli əcnəbi işçilərin sayının 16 faiz artmasına gətirib çıxaracaq. Qanun layihəsində şərtləşdirilən yeni qaydalara görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti “H-1B” müraciətlərinin qeydiyyatı və ya onların sistem tərəfindən işlənilməsi zamanı texniki nasazlıq baş verdiyi halda maliyyə ili ərzində vizaların qeydiyyatı prosesini müvəqqəti dayandırmaq hüququna malik olacaq. Bu da, öz növbəsində, həm namizədlər, həm də onları işlə təmin edənlər üçün xeyli problem yaradacaq.

Əgər bu dəyişikliklər ABŞ qanunvericiliyi ilə təsdiqlənərsə, o halda artıq 2020-ci maliyyə ilində tətbiq ediləcək. Xatırladaq ki, “H-1B” proqramı Amerika şirkətlərinə nəzəri və praktik cəhətdən xüsusi biliyə malik yüksəkixtisaslı əcnəbi əməkdaşları müəyyən müddətə işə götürməyə imkan verir. “H-1B” immiqrasiya statusunu 3 dəfə yeniləmək mümkündür (birinci müddət 3 il, ikinci – 3 il və 3-cü isə yalnız 1 il).

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.