DÜNYA


ABŞ-da həbs edilən İranın Press TV kanalının müxbiri azadlığa buraxılıb

Tehran, 24 yanvar, AZƏRTAC

ABŞ-da həbs olunan İranın Press TV kanalının müxbiri Mərziyyə Haşimi bu gün səhər Vaşinqtonda məhkəmə qarşısında ifadə verdikdən sonra azadlığa buraxılıb.

AZƏRTAC xəbər verir ki, 14 gün həbsdə saxlanılan müxbir ABŞ-a ailə üzvlərinə baş çəkməyə getmişdi. Lakin gözlənilmədən heç bir ittiham irəli sürülmədən həbs edilmişdi. Sonra məlum oldu ki, ABŞ qanunlarına görə bu və ya digər məhkəmə prosesində adı şahid kimi keçən adam həbs edilə bilər. Lakin M.Haşiminin həbsi zamanı onun qollarının və ayaqlarının qandallanması İranda və beynəlxalq media qurumları tərəfindən birmənalı qarşılanmadı. İranda və ABŞ-da M. Haşiminin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirildi.

Yanvarın 24-də M. Haşimi Vaşinqton türməsindən məhkəməyə gətirilib və bir neçə il əvvəl ABŞ-da baş verən terrorla bağlı ifadəsi alınıb. Daha sonra M.Haşimi azadlığa buraxılıb.

Hazırda iranlı jurnalist ailəsinin yanındadır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.