CƏMİYYƏT


ABŞ-da ilk dəfə mikroçipli həbin satışına icazə verilib

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ-ın Yeyinti Məhsullarına və Dərmanlara Nəzarət Administrasiyası (FDA) dünya təcrübəsində ilk dəfə mikroçip quraşdırılmış həbdən ibarət dərman vasitəsinin satışına icazə verib.

AZƏRTAC xəbər verir ki, ”Financial Times” nəşrinin yazdığına görə, indiki halda çip Yaponiyanın “Otsuka” şirkətinin istehsalı olan və psixozların müalicəsində tətbiq edilən “Abilify” preparatına quraşdırılıb. Həbi udan zaman çip pasiyentin mobil qurğusuna informasiya göndərəcək. Eyni zamanda bu informasiya avtomatik olaraq xəstəni müalicə edən həkimə də göndəriləcək və bununla da təyin edilmiş dərman qəbulu rejiminə pasiyentin riayət etməməsinin qarşısı alınır.

Xəstəliklərin, xüsusən xroniki xəstəliklərin müalicəsində müasir təbabətin ən aktual problemlərindən biri həkim təyinatlarına əməl edilməməsidir. Bu, bir tərəfdən, əczaçılıq şirkətlərinin gəlirinin azalmasına gətirib çıxarır, digər tərəfdən, pasiyentlərin vəziyyətinin pisləşməsi nəticəsində onların müalicə xərclərinin artmasına səbəb olur.

“Otsuka” şirkətinin Şimali Amerika bölməsinin başçısı Kabina Natxanın sözlərinə görə, innovativ vasitə tələbatı müəyyən etmək üçün az sayda istehsal ediləcək, amma o, çipli preparatın adi dərmandan nə qədər bahalı olacağını açıqlamaqdan imtina edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.