RƏSMİ XRONİKA


ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının sədri Jozef M. Soukidən

 Zati-aliləri,

Havay Ştatının qanunverici hakimiyyəti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirir.

Birləşmiş Ştatlar ilə Azərbaycan arasında ümumi strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq mövcuddur. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısını almaq, qlobal səviyyədə tolerantlıq və tərəqqini təşviq etmək üçün birlikdə işləyirlər. Ümumi maraqlarımız daha geniş şaxələndirmə, tolerantlıq, həmçinin milli azlıqlara hörmət, gender hüquqları və s. sahələri əhatə edir. Hər bir demokratik sistem üçün vacib olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Yenidən Prezident seçilməyiniz Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Sizin ölkə və xalq qarşısındakı xidmətlərinizin, qətiyyətli mövqeyinizin təsdiqidir.

Azərbaycan Respublikası ABŞ-ın Havay Ştatı ilə bütün sahələrdə, o cümlədən ticarət, mədəniyyət və təhsil sahələrində mübadilə əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sakit okean regionunda ticarət yollarının kəsişməsində yerləşən Havay, Sizin xidmətlərinizi yüksək qiymətləndirir və Azərbaycanın Xəzər regionundakı əhəmiyyətini xüsusi vurğulayır.

Cənab Prezident, biz Sizin beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna liderlik rolunuzu, diqqətəlayiq uğurlarınız ilə qlobal səviyyədə həmkarlarınızın rəğbətini qazanmağınızı və yüksək nüfuza malik olmağınızı qeyd edərək Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar arzu edir, möhkəm cansağlığı diləyirik.

Dərin hörmətlə,

Jozef M. Souki

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının sədri,

K.Mark Takai

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü,

Rida T.R. Kabanilla

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü,

Brayn Takeşita

ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası Aparatının rəhbəri,

Donna Merkado Kim

ABŞ-ın Havay ştatı Senatının sədri,

Kalani J. İnqliş

ABŞ-ın Havay ştatı Senatının üzvü

Donovan Dela Kruz

ABŞ-ın Havay ştatı Senatının üzvü,

Karol Taniquçi

ABŞ-ın Havay ştatının Senatı Aparatının rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin