DÜNYA
ABŞ-ın neft ehtiyatları azalıb
Bakı, 29 dekabr, AZƏRTAC
Birləşmiş Ştatların neft ehtiyatları geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 46 min barrel (0,01 faiz) azalaraq 441,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 500 min barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları hesabat dövründə 3 milyon barrel (1,3 faiz) artaraq 233,1 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 28 min barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,8 milyon barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]