DÜNYA


ABŞ-nin bank borclarının həcmi bir həftə ərzində rekord həddə - 164,8 milyard dollara çatıb

ABŞ-nin bank borclarının həcmi bir həftə ərzində rekord həddə - 164,8 milyard dollara çatıb

Bakı, 17 mart, AZƏRTAC

ABŞ bankları həftə ərzində Federal Ehtiyat Sistemindən rekord məbləğdə 164,8 milyard dollar kredit götürüblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, martın 8-dən 15-dək olan dövrdə maliyyə qurumları 90 gün müddətinə təxminən 152,8 milyard dollar kredit götürüblər. Bəziləri isə bu həftə açılan və bir il müddətinə kredit verən yeni kredit xəttindən yararlanıb. Bu proqram çərçivəsində götürülmüş borcların həcmi 11,9 milyard dollar təşkil edib.

Bir həftə əvvəl banklar cəmi 4,58 milyard dollar borc götürmüşdü. Əvvəlki rekord həddi - təxminən 111 milyard dollar 2008-ci il maliyyə böhranı zamanı müəyyən edilib. Eyni zamanda, FED “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın bağlanması ilə bağlı vəziyyəti həll etmək üçün təxminən 142,8 milyard dollar xərcləyib.

Xatırladaq ki, mart ayında ABŞ-da iki böyük bank bağlanmışdı. Amerikanın Axios nəşri Ağ Evə qlobal böhran təhlükəsi barədə xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.