DÜNYA


ABŞ və Cənubi Koreya gələn həftə yeni hərbi təlimlərə başlayacaq

ABŞ və Cənubi Koreya gələn həftə yeni hərbi təlimlərə başlayacaq

Bakı, 17 mart, AZƏRTAC

ABŞ və Cənubi Koreya martın 20-də son beş ildə ilk dəfə dəniz desantının çıxarılması üzrə birgə təlimlərə başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinə və Dəniz Piyadaları Korpusuna istinadla məlumat yayıb.

“Təlimlər Cənubi Koreya və ABŞ alyansının sülhə güc yolu ilə nail olmaq iradəsini nümayiş etdirəcək. Biz Koreya Respublikasının müdafiəsi üçün səylərimizi daha da gücləndirəcəyik”, - deyə general-leytenant Kim He Hvan bildirib.

Həmin təlimlər 2018-ci ildə Cənubi Koreyanın sabiq prezidenti Mun Çje İn administrasiyasının koreyalararası yaxınlaşma siyasəti fonunda dayandırılmışdı. Onun bərpası müttəfiqlərin KXDR-in nüvə və raket təhdidinə qarşı birgə fəaliyyət üzrə tədbirlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Seul və Vaşinqton hərbi manevrlərə dəniz desantı diviziyası, 30 hərbi gəmi, F-35B qırıcıları da daxil olmaqla, təxminən 70 təyyarə, “AH-64 Apache” zərbə helikopterləri, həmçinin 50-dək üzən desant maşını cəlb edəcək. Eyni zamanda, təlimlərdə ilk dəfə olaraq Böyük Britaniyanın 40 dəniz piyadasının iştirakı gözlənilir.

Xatırladaq ki, martın 13-də Cənubi Koreya və ABŞ-nin “Freedom Shield” adlı birgə komanda-qərargah təlimləri start götürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.