DÜNYA
ABŞ vitse-prezidentinin apreldə Yaponiyaya səfəri gözlənilir
Tokio, 14 fevral, AZƏRTAC
Kyodo agentliyinin yaydığı məlumata görə, rəsmi Tokio və Vaşinqton ABŞ vitse-prezidenti Mayk Pensin iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün apreldə Yaponiyaya səfərinin mümkünlüyünü araşdırır.
Səfər çərçivəsində M.Pensin Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso ilə görüşü nəzərdə tutulur. Agentliyin məlumatına əsasən, görüş zamanı iki ölkə arasında ticarət və qarşılıqlı investisiya məsələlərinin müzakirəsi gözlənilir.
Bu ərəfədə iki ölkə arasında iqtisadi və ticari əlaqələri şərh edən Baş nazir Şinzo Abe deyib ki, Tokio və Vaşinqton qarşılıqlı fəaliyyətin ən yaxşı variantlarını sınaqdan keçirəcəklər. Bundan əlavə, o, M.Pensin tezliklə Yaponiyaya gələcəyinə ümid etdiyini də bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]