SİYASƏT


ADA Universitetində Azərbaycanın Baltikyanı dövlətlərlə əməkdaşlığına həsr edilən tədbir keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də ADA Universitetində “Milli müstəqillikdən Şərq Tərəfdaşlığına doğru: Azərbaycanın Baltikyanı dövlətlərlə əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin prorektoru Fariz İsmayılzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib.

Prorektor, həmçinin Azərbaycanın Baltikyanı ölkələrlə siyasi, iqtisadi, təhsil sahələrindəki əməkdaşlığına toxunub. O, ADA Universitetində Latviya və Estoniyadan gənclərin təhsil aldıqlarını da diqqətə çatdırıb.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs iki ölkə arasında münasibətlərin müstəqilliyin ilk vaxtlarından başladığını qeyd edib. O, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu bildirib. Səfir deyib ki, Latviyada təxminən iki min azərbaycanlı yaşayır. Ölkənin universitetlərində 170-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas və Estoniyanın müvəqqəti işlər vəkili Mayca Tasa Azərbaycanla iqtisadi əməkdaşlığın üstünlüklərindən danışıblar. Onlar Azərbaycanın Baltikyanı dövlətlərlə münasibətlərinin yaxşı perspektivlərinin olduğunu qeyd ediblər.

Tədbirdə səfirlərlə yanaşı, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, tələbələr iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.