İQTİSADİYYAT


AERA-da İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov ictimai əlaqələrin gücləndirilməsinin, vətəndaş – İctimai Şura – AERA arasında sıx dialoqun qurulması baxımından bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, Samir Axundov İctimai Şura üzvləri tərəfindən müvafiq qanun layihələrinə rəy və təkliflərin verilməsini yüksək qiymətləndirdiyini qeyd edərək AERA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların təkmilləşdirilməsi və Nazirlər Kabinetinin müvafiq tapşırıqlarının icrası məqsədilə hazırlanmış normativ hüquqi akt layihələri, eləcə də istehlakçı hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılmasında şəffaflığın təmin olunması və operativ cavablandırılması yönündə həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Camal Tahirov isə ictimai rəyin önəmini qeyd edərək əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.

Görüş zamanı həmçinin İctimai Şura üzvləri tərəfindən istehlakçıları maraqlandıran məsələlər diqqətə çatdırılıb və bu istiqamətdə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.