İQTİSADİYYAT
“AGBank” tam yenilənmiş mobil proqramını işə salıb
Bakı, 27 noyabr, AZƏRTAC
“AGBank” tam yenilənmiş mobil proqramını işə salıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, mobil proqrama yeni funksiyalar əlavə olunub, interfeys isə daha da sadələşdirilib. Bunun sayəsində istifadəçilər lazımi əməliyyatları daha sürətli icra edə, həmçinin mühüm məlumatları əldə edə biləcəklər.
Yenilənmiş mobil proqramın əsas fərqi ondan ibarətdir ki, bu proqramdan həm bankın müştəriləri, həm də bankın müştərisi olmayan şəxslər istifadə edəcək.
Artıq “İnternet bank” xidmətindən istifadə edən müştərilər isə sistemə daxil olub, müasir dizayn və intuitiv naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlardan yararlanacaqlar. “İnternet bank” istifadəçiləri 24 saat, 7 gün rejimində maliyyədən səmərəli idarə edilməsi üçün geniş opsiya siyahısına malik imkanlardan bəhrələnə biləcəklər.
“AGBank” mobil proqram iOS və Android platformaları, “smartfon” və “tablat” sahiblərinə AppStore və PlayMarket-də pulsuz yükləniş üçün mövcud olacaq.