DÜNYA


Aİ-nin yeddi ölkəsi vaksinasiya sertifikatları sisteminin tətbiqinə başlayır

Bakı, 1 iyun, AZƏRTAC

Avropa İttifaqının yeddi ölkəsi bu gündən etibarən vaksinasiya sertifikatları sistemini işə salır.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bütün Aİ üzrə vaksinasiya sertifikatları sistemi iyulun 1-dən tətbiq olunmalıdır.

Avropa Komissiyasından bildiriblər ki, həmin ölkələrə Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, Polşa, Xorvatiya və Çexiya daxildir.

Aİ-nin vaksinasiya sertifikatları COVID-19-a qarşı tam vaksinasiya kursu keçmiş şəxslərə, həmçinin mənfi testə malik olan və ya koronavirus xəstəliyindən sağalmış insanlara veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.