SİYASƏT
ƏLİLLƏRİN SOSİAL MÜDAFİƏSİ VƏ İTKİN DÜŞƏNLƏRİN TALEYİ İLƏ BAĞLI HAZIRLANAN MODEL QANUNLARIN MÜZAKİRƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadənin başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburq şəhərinə yola düşəcəkdir. Burada MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları, dövlət quruculuğu və yerli özünüidarəetmə daimi komissiyalarının iclasları keçiriləcəkdir.
Tədbirlərdə əlillərin sosial müdafiəsi, itkin düşənlərin taleyi, miqrasiya, xalq təbabəti ilə bağlı hazırlanan model qanun layihələri müzakirə olunacaqdır.
MDB Parlamentlərarası Assambleyası sosial müdafiə və insan hüquqları daimi komissiyasının sədri Arif Rəhimzadə iclası aparacaq, Azərbaycanın bu sahədəki təcrübəsi barədə məlumat verəcəkdir.