İDMAN
ALMANLAR ÖLKƏ YIĞMASININ BAŞ MƏŞQÇİSİ VƏZİFƏSİNDƏ KİMİ GÖRMƏK İSTƏYİRLƏR?
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniya yığma futbol komandası Avropa çempionatında uğursuz çıxış etdikdən sonra bu məsələ ölkədə ciddi müzakirələrə səbəb olmuşdur. Odur ki, yığma komandaya kimin məşqçi təyin edilməsi məsələsində ölkə sakinlərinin rəyini öyrənmək üçün “Ştern” jurnalının sifarişi ilə xüsusi sorğu keçirilmişdir.
Rəyi soruşulanların böyük əksəriyyəti Almaniyanın yığma futbol komandasına ölkənin tarixində ilk dəfə olaraq əcnəbi mütəxəssisin başçılıq etməsini istədiyini bildirmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, almanların 64 faizi bu məsul vəzifəyə əcnəbi məşqçinin təyin olunmasını zəruri hal kimi qəbul edər. Sorğu iştirakçılarının 33 faizi isə komandaya xaricdən məşqçi gətirilməsinin əleyhinədir.
Almaniya yığmasına əcnəbi mütəxəssisin başçılıq etməsi ideyasını ən çox idmanla maraqlananlar dəstəkləmişlər – 67 faiz.