ƏMƏYİN MÜHAFİZƏSİ İLƏ BAĞLI ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Respublika Əmək Müfəttişliyi Gəncədə əməyin mühafizəsi ilə bağlı zona müşavirəsi keçirilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə şəhəri, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Daşkəsən rayonları əmək müfəttişlərinin iştirakı ilə keçirilən tədbirdə onların işi ciddi tənqid edilmişdir. Qeyd olunmuşdur ki, adları çəkilən rayonlarda hələ də işlə təmin olunanla işlə təmin edən arasında rəsmiləşdirmə aparılmır. Əmək müqaviləsinin bağlanmasına maraq göstərməyən adamlar bəzən müxtəlif problemlərlə üzləşirlər. Belə hallar daha çox qeyri -hökumət təşkilatlarında, ticarət və ictimi -iaşə obyektlərində baş verir.

Müşavirədə əməyin mühafizəsi istiqamətində yaranmış nöqsanlar ətraflı təhlil edildikdən sonra rayon şöbələrinə cidd tapşırıqlar verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.