ELM VƏ TƏHSİL


AMEA-nın Gəncə Bölməsi hesabat verib

AMEA-nın Gəncə Bölməsi hesabat verib

Bakı, 3 fevral, AZƏRTAC

AMEA-nın Gəncə Bölməsinin institutlarında hesabat ilində 15 problemə aid 26 mövzu üzrə 32 elmi iş, 47 mərhələ üzrə tədqiqatlar aparılıb. Bir mövzu, 25 iş və 44 mərhələ tamamlanıb, bir patent və səkkiz mühüm nəticə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin fevralın 3-də keçirilən iclasında AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev söyləyib. Bölmənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı diqqətə çatdıran akademik bildirib ki, Naftalan nefti və tullantıları yerli bentonit-seolit əsasında hazırlanmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənib, gildən, lil fraksiyasından, ağac qırıntıları və yağ qarışığından alınan keramzitdən doldurucu kimi istifadə etməklə polimer kompozisiya materialı hazırlanıb, təbii bitki növlərindən və aqrosənaye tullantılarından boya maddələri və alternativ enerji mənbəyi kimi yağlar alınıb, Eldar şamı Dövlət Təbiət Qoruğunda məhvolma təhlükəsinə məruz qalan nadir növlərin tərkibi və yayılma qanunauyğunluqları müəyyənləşdirilib, Bioresurslar İnstitutunda təbii bitki növlərindən və aqrosənaye tullantılarından boya maddələrinin və alternativ enerji mənbəyi kimi yağların alınması tədqiq edilib.

Kür çayının transsərhəd sularından - Xram çayı, Qanıxçay, Qabırrı çaylarının ekoloji göstəriciləri tədqiq olunub və kənd təsərrüfatında istifadə edilməsi araşdırılıb. Bu suların tərkibində üzvi, qeyri-üzvi və yad maddələrin parçalanmasında, neytrallaşmasında, çevrilməsində və bioloji məhsulun formalaşmasında mikrobiotanın təsiri öyrənilib.

Eyni zamanda, Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları araşdırılıb və sübut edilib ki, Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi olan Nizami Gəncəvinin bütün əsərləri türk milli-mənəvi dəyərləri əsasında qurulub. Digər tədqiqatlarla yanaşı, həmçinin Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələri tədqiq olunub, folkloru toplanaraq sistemləşdirilib, dialekt və şivələri araşdırılıb.

Diqqətə çatdırılıb ki, hesabat ilində AMEA-nın Gəncə Bölməsi tərəfindən üç kitab, üç monoqrafiya, bir dərslik, 113 məqalə (32-si xaricdə), 95 tezis (23-ü xaricdə) dərc edilib, əməkdaşların əsərlərinə beynəlxalq elmi bazalarda 36 dəfə istinad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.