ELM VƏ TƏHSİL
AMEA-nın doktorantura və dissertanturasında ixtisas fənni üzrə imtahanlar keçirilir
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA-da qış imtahan sessiyası çərçivəsində ixtisas fənni üzrə doktorluq imtahanları keçirilir. İmtahanların AMEA-nın 25 elmi müəssisəsində təşkil edilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, xarici dillər və Azərbaycan dili (əcnəbi vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanları dekabrın 19-20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
AMEA-nın müvafiq elmi müəssisələrində imtahan komissiyası üzvlərinin və AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə təşkil edilən ixtisas imtahanlarının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün lazımi tədbirlər görülür.