CƏMİYYƏT


ANAMA mina aksiyası icmalı üzrə virtual brifinqdə iştirak edib

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar meneceri Elnur Qasımov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) tərəfindən təşkil edilən mina aksiyası icmalı üzrə kaset sursatları qalıqlarının təmizlənməsi - 2020 və minalardan təmizləmə - 2020 hesabatlarının əsas nəticələri və Oslo fəaliyyət planı üzrə tədqiqat və təmizləmə monitorinqi ilə bağlı virtual brifinqdə iştirak edib.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, onlayn tədbir qlobal miqyasda piyada əleyhinə mina və kaset sursatı qalıqlarına dair çirklənmənin tədqiqi və təmizlənməsindəki son irəliləyiş və inkişafa yönəldilib.

Piyada əleyhinə minaların qadağan olunması üzrə konvensiyaya (APMBC) üzv dövlətlərin on səkkizinci iclası və Kaset Sursatları Konvensiyanın ikinci icmal konfransı ərəfəsində bu il ərzində kaset sursatları qalıqlarının təmizlənməsi və minaların təmizlənməsi üzrə hesabatlarının əsas nəticələrinə dair brifinq təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.