SİYASƏT


ARXANGELSKDƏKİ AZƏRBAYCAN DİASPORUNUN ÜZVLƏRİ RUSİYANIN HAKİM “EDİNAYA ROSSİYA” PARTİYASININ İLK TƏŞKİLATINI YARATMIŞLAR

Bakı, 1 iyun (AZƏRTAC). Rusiyanın Arxangelsk vilayətinin Ustyansk rayonunda fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri Rusiyanın hakim “Edinaya Rossiya” (Vahid Rusiya) partiyasının ilk təşkilatını yaratmışlar. İlk təşkilatda əsasən azərbaycanlılar toplaşmışlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bildirmişlər ki, partiya sıralarına üzv olmaq üçün Rusiya vətəndaşı olmaq mütləq şərtdir. Ustyansk rayonundakı Azərbaycan diasporunun rəhbəri, eləcə də Ustyansk rayon administrasiyası rəhbərinin milli məsələlər üzrə köməkçisi Yusif Süleymanov DİDK-ə bildirmişdir ki, belə bir təşəbbüsün irəli sürülməsində və reallaşdırılmasında əsas məqsəd bu bölgədəki soydaşlarımızın siyasi fəallığını artırmaq, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, seçkilərdə fəal iştirakını təmin etmək və gələcəkdə yerli seçkili orqanlarda geniş təmsil olunmalarına yardım etməkdir. Bununla yanaşı, diasporumuzun nəzdində ilk təşkilatın yaradılması gələcəkdə partiya üzvləri arasında soydaşlarımızın sırasını genişləndirəcəkdir.

Qeyd edək ki, belə bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporu ilk dəfədir həyata keçirir.

“Edinaya Rossiya”nın diasporumuzun nəzdindəki özəyinin ilk toplantısında Yusif Süleymanov qurumun katibi, Svetlana Ojiqina isə nəzarət-təftiş komissiyasının sədri seçilmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.